Piyin əriməsini sürətləndirən ərzaqlar
18-03-2023, 10:58
Azinform.Az - Azerbaycanin informasiya Merkezi

Kimyəvi əlavəsiz və sənaye emalı olmayan bütün təbii ərzaqları – meyvə və tərəvəzləri, qoz-fındıq, balıq, ət, yumurta, qarışıqsız yarmaları piy əridən hesab etmək olar. Xüsusilə bibər piyin əriməsini daha sürətlə həyata keçirir. Acı bibərin tərkibində kapsaisin, qara bibərdə isə piperin mövcuddur. Bunların hər ikisi təbii piyəridicilərdir. Bu növ maddələrə sinefrin də aid edilir. Sitrus meyvələrinin qabığı bu maddə ilə zəngindir.

AZİNFORM.AZ bu barədə tibb saytlarına istinadla xəbər verir.

Təbii piyəridicilərə kofein və epiqallokatehin də aid edilir. Onların unikal birləşməsini biz yaşıl çayda görürük. Zəncəfil, darçın, sarıkök, xardal, sarımsaq, şüüd, cəfəri, reyhan, rozmarin, bal, kətan toxumu da təbii piyəridicilər siyahısında yer alır. Onların həzmi zamanı istilik törənişinə gedən enerji azad olunur. Belə ərzaqlardan istifadə olunarkən tər ayrılması daha intensiv ola bilər və bu, nəzərə alınmalıdır. Həzm yolunda problemləri olanlar bu ərzaqlardan ehtiyatla istifadə etməlidirlər.





up