Qarabağdakı qondarma rejim mövcudluğunu dayandıracaq
28-09-2023, 10:39

Qarabağdakı qondarma rejim 2024-cü il yanvarın 1-dən etibarən mövcudluğunu dayandıracaq.

AZİNFORM.AZ xəbər verir ki, bu barədə separatçıların rəhbəri Samvel Şahramanyan sərəncam imzalayıb.

Sərəncama əsasən,  2024-cü il yanvarın 1-dək onların idarə tabeliyində olan bütün dövlət qurumları və təşkilatları ləğv ediləcək.  





up