Sülhməramlıların maşını atəşə tutuldu, ölənlər var
20-09-2023, 21:59

Qarabağda Rusiya sülhməramlılarının avtomobili atəşə tutulub.

AZİNFORM.AZ xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, sülhməramlılara məxsus avtomobil Canyataq kəndi yaxınlığındakı müşahidə məntəqəsindən qayıdarkən atəşə tutulub və hərbçilər həlak olub. 

“Rusiya və Azərbaycan istintaq orqanlarının nümayəndələri hadisənin bütün hallarını aydınlaşdırmaq üçün hadisə yerində işləyirlər” – açıqlamada bildirilir..

 





up