KTMT rəhbəri Azərbaycan sərhədinə gəldi
22-09-2022, 21:16

KTMT rəhbəri Stanislav Zasın rəhbərlik etdiyi missiya Ermənistanın Azərbaycanla sərhəd rayonuna gəlib.

AZİNFORM.AZ xəbər verir ki, bu barədə təşkilatın məlumatında deyilir.

Bildirilib ki, S.Zas Vayots Dzor vilayətində ön xətdə yerləşən bölmələrin komandirləri ilə görüşüb. Daha sonra o, döyüşlərin getdiyi ərazilərə baxış keçirib.





up