KTMT-nin Baş katibi Ermənistana gedib — Yenilənib
20-09-2022, 20:42

KTMT-nin Baş katibi Stanislav Zas bu gün Ermənistana səfər edəcək.

AZİNFORM.AZ xəbər verir ki, bu barədə məlumatı “Sputnik Ermənistan” yayıb.

Məlumata görə, Zasın Ermənistana səfəri sentyabrın 25-nə qədər davam edəcək.

***

Stanislav Zasın rəhbərlik etdiyi KTMT missiyası Ermənistanla Azərbaycan sərhədi də daxil olmaqla, vəziyyəti öyrənmək və əlavə birgə tədbirlər hazırlamaq üçün Ermənistana gedib. Bu barədə KTMT-nin mətbuat katibi Vladimir Zaynetdinov məlumat verib. /qafqazinfo/





up