Əməkdar artist Nailə İslamzadə paylaşımı ilə diqqət çəkib.
AZİNFORM.AZ xəbər verir ki, aparıcı məşhur "Əlvida" mahnısını oxuyub. Həmin videonu sosial şəbəkədə paylaşan N.İslamzadə bunları yazıb:
"Unudulmaz sənətkarımız Rafiq Babayevin ifasında bu mahnını dinləyəndə səs rejissoru Xəyal otağa daxil oldu. "Gör nə gözəl mahnı və gözəl ifadı" dedim və içimdən gəldi, bir ağız oxudum. "Nə yaxşı alındı, Nailə xanım, gəlin səsi yazaq" dedi, yazdıq. Sonra Xəyal aranjiman və müşayiət edərək, mənə sürpriz etdi, əziz dostum və rejissor həmkarım Namiq "Qoy, səs olaraq qalmasın, çəkək bizdən yadigar olsun" dedi. Həmkarımız operator Fuadla birlikdə çəkdi və yığdı. Çox sağ olun əziz dostlarım və həmkarlarım. Mən mətn oxuyanam, mahnı deyil deyə, saxlamışdım arxivdə. Nəhayət, bu gün səhifəmdə paylaşdım".
Sözügedən videonu təqdim edirik: