Sadəcə hər şeyin bitdiyini düşünəndə... - Kurtlar Vadisinin məşhur aktyoru - VİDEO
8-10-2023, 02:33

Cahit Kayaoğlu Kurtlar Vadisi serialındakı performansı ilə diqqət çəkib.
AZİNFORM.AZ xəbər verir ki, bu əfsanəvi serialın 258 bölümündə görünən Cahit Kayaoğlu nəhayət maraqla gözlənilən görünüşü ilə gündəmə gəlib. 

Məşhur aktyor İstanbul Metropolunda görüntülənib və bu an pərəstişkarları üçün böyük sürpriz olub. Cahit Kayaoğlunun açıqlamaları ilə "Kurtlar Vadisi ekrana qayıdır?" sualları yenidən gündəmə gəldi. Məlum olduğu kimi, “Kurtlar Vadisi”nin Polat Alemdarı Necati Şaşmaz ötən ilin əvvəlində serialın geri dönəcəyini açıqlamışdı.

Tamaşaçılar qarşısına öz adını daşıyan personajla çıxan Kayaoğlu 'Kurtlar Vadisi: Fələstin' və 'Kurtlar Vadisi: Vətən' kimi filmlərdə və seriallarda önəmli rollar oynayıb. Uzun müddətdir kameralardan uzaq olan məşhur aktyor kameralara tuş gəlib.

Məşhur aktyor Cahit Kayaoğlu məkandan ayrıldıqdan sonra mətbuat mənsublarını görüncə təəccübünü gizlədə bilməyib.
Kurtlar Vadisi serialının qayıdışı ilə bağlı fərziyyələr səngimir. İş görüşməsinə qatılan Cahit Kayaoğlu : "Heyətdə olacaqsan?" sualına cavab verdi. Məşhur aktyor "Hələ qəti bir vəziyyət yoxdur, mənə heç nə gəlməyib. İnsanlar layihəni istəyir və sevirlər. Təbii ki, mən də istəyirəm, görək yaxşı nəticə verəcəkmi" deyib.
Qeyd edək ki, Kurtlar Vadisi'nin Polat Alemdarı Necati Şaşmaz serialın keçən ilin əvvəlində geri dönəcəyini açıqlamışdı. Şaşmaz "Yeni ildən Kurtlar Vadisi üzərində işlərə başlayacağıq" deyərək serialın pərəstişkarlarını həyəcanlandırıb. Lakin hələlik rəsmi açıqlama verilməyib. “Kurtlar Vadisi” nin dönüş gözləməsi davam edərkən, Cahit Kayaoğlunun açıqlamaları serialın pərəstişkarlarında böyük həyəcana səbəb olub.

AZİNFORM.AZ 




up