Ağır ürək əməliyyatından sonra “Polad Alemdar”ın son halı - FOTOLAR
29-10-2022, 21:07

“Kurtlar Vadisi” serialındakı Polat Alemdar obrazı ilə dünyanın bır sıra ölkələrində milyonların rəğbətini qazanan Necati Şaşmaz ürəyindəki problemlə əlaqədar yerləşdirildiyi xəstəxanadan evə buraxılıb.

AZİNFORM.AZ-ın məlumatına görə, bu barədə aktyorun özü “Instagram” hesabından məlumat verib.

“Keçmiş olsun diləkləriniz qəbul oldu. Təşəkkür edirəm. Keçmiş oldu. İşimizin başındayıq”, - deyə 50 yaşlı aktyor bildirib.

Qeyd edək ki, N.Şaşmaz sinə ağrısı, sol qolunda ağrı və uyuşma kimi şikayətlərlə xəstəxanaya müraciət edib. Ona damar açma əməliyyatı edilib. Əməliyyat 3 saat davam edib. Ona koronar arteriya xəstəliyi olaraq bilinən ürək damarlarında tıxanıqlıq diaqnozu qoyulub.

Yeri gəlmişkən onu da xatırladaq ki, N.Şaşmaz məşhur serialdan uzun illər sonra türkiyəli tanınmış ifaçı Mazhar Alansonun musiqi proqramına qatılıb. 50 yaşlı Şaşmazın görünüşündəki dəyişiklik pərəstişkarlarını xeyli təəccübləndirib. oxu.az





up