Xalq artisti VƏFAT ETDİ - FOTO
18-09-2023, 12:17

SSRİ xalq artisti, bəstəkar Aleksandra Paxmutovanın həyat yoldaşı, rusiyalı şair Nikolay Dobronravov vəfat edib.

AZİNFORM.AZ axşam.az-a istinadən bildirir ki, o, 94 yaşında ağır və uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Qeyd edək ki, Dobronravov xanımı ilə birgə "Qorxaq xokkey oynamaz", "Ümid", "İncəlik", "Belovejskaya puşça", "Qoca ağcaqayın", "Gənclərimizin komandası", "Xoşbəxtlik quşu", "Biz nə qədər gənc idik" və "Əsas odur ki, uşaqlar, ürəyinizdə qocalmayın" bəstələrini yazıb.






up