DİGƏR XƏBƏRLƏR
Xalq artisti, professor Arif Babayev Azərbaycan Milli Konservatoriyasının Muğam kafedrasının müdiri vəzifəsindən çıxıb və yerinə Xalq artisti Mənsum İbrahimov təyin olunub.
AZİNFORM.AZ apa-ya istinadla Arif Babayevin sözlərinə görə, səhhəti və yaşı ilə əlaqədar olaraq vəzifəsindən çıxmaq istəyib.
“Vallah, daha yaşım o yaş deyil, səhhətim o səhhət deyil. Şükür Allahın verdiyi bu günə və bu ömrə. Amma, məncə, cavanlara yer vermək lazımdır. Mənsum cavan kadrdır, istedadlıdır, qoy getsin işləsin. Mən 50 ilə yaxın bu sahədə, bu sənət sahəsində xidmət etmişəm, daha bəsdir. İndi növbə cavanlardadır”, - deyə Arif Babayev qeyd edib.
https://azinform.az/medeniyyet/22579-arif-babayev-vezifesinden-azad-olundu.html
AZİNFORM.AZ