Əməkdar artist Rüfət Babayev vəfat etdi - FOTO
20-07-2023, 01:28

Dövlət “Qaya” ansamblının direktoru, əməkdar artist Rüfət Babayev vəfat edib.

AZİNFORM.AZ xəbər verir ki, bununla bağlı xalq artisti Cəmil Əmirov sosial şəbəkə hesabında paylaşım edib. O qeyd edib ki, Rüfət Babayev Rusiyanın Moskva şəhərində ürək tutmasından dünyasını dəyişib.

Qeyd edək ki, Rüfət Babayev “Qaya”nın mərhum bədii rəhbəri Rauf Babayevin oğludur.

Allah rəhmət eləsin.





up