Xalq artisti VƏFAT ETDİ - FOTO
3-02-2023, 11:57

Gürcüstanın Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı, tanınmış aktyor Cemal Qaqanidze 89 yaşında vəfat edib.

AZİNFORM.AZ apa-ya istinadən xəbər verir ki, bu barədə məlumatı onun çalışdığı Rustaveli Teatrı yayıb.

Aktyorun vəfatı ilə əlaqədar Gürcüstanın Baş naziri İrakli Qaribaşvili onun yaxınlarına və həmkarlarına başsağlığı verib.

1956-cı ildən Rustaveli teatrında çalışmış Cemal Qaqanizde müxtəlif teatr tamaşaları ilə yanaşı 20 dən çox filmdə rol alıb.











up