Gürcüstanda tarixi Gəncə qapısının saxlanıldığı Gelati monastırında yanğın olub.
Hadisə nəticəsində monastırda olan keşiş yaralanıb.
Kutaisidə xəstəxanaya yerləşdirilən keşişin bədəninin 50 faizi yanıb.
Qeyd edək ki, Gəncə qapısı Gelati monastır kompleksinin həyətindəki ayrıca tikilidə, gürcü çarı Qurucu Davidin (David Aqmaşenebeli) məzarüstü abidəsində saxlanılır. Yanğın zamanı qapıya ziyan dəyməyib.