"Bizim valideynlərimiz bir-birilərini dəlicəsinə sevib, həmişə eyni dalğada olub..."
"Mən axı ondan əvvəl ölmək istəyirdim..."
"O, gözlərini yumanda, anladım ki, atam rahatlıq tapıb..."
Nağıllardan bizə bu ifadə yaxşı tanışdır: "Onlar uzun və xoşbəxt yaşayıb, eyni gündə vəfat ediblər".
İsraildə ailə cütlüyü Xana və Davidlə də belə olub, onlar 70 il birgə yaşayıb.
91 yaşlı Xana və 93 yaşlı David 70 ildən artıq nikahda olub və eyni gündə, aralarında bir neçə saat fərqlə dünyalarını dəyişib.
AZİNFORM.AZ xəbər verir ki, bu barədə "Ynet" nəşri yazıb.
Hər şey "Yediot Axronot" nəşrindəki elandan başlayıb. Jurnalistlərin diqqətini çəkən ərlə arvadın nekroloqunda ölüm tarixinin eyni olması olub. Heç demə, bunun arxasında 70 il, çütlüyün son nəfəsinədək davam edən qəribə sevgi tarixçəsi dayanıb.
"Bizim valideynlərimiz bir-birini dəlicəsinə sevib,- Xana və Davidin qızı Orna Şoval - Reqev danışır. - Onlar uzun illər qarşılıqlı anlaşma və bir-birinə hörmət hissləri ilə yaşayıb. Onlar həmişə eyni dalğada olub. Əgər atam gecənin ortasında qəflətən oyanıbsa, anam da bunu hiss edib oyanıb".
Xana və David Reqev son nəfəsinədək bir dalğada olub. "Atam öz köməkçisi ilə ticarət mərkəzində gəzirmiş,- Orna xatırlayır.- Bu zaman son illər ağır xəstə olan anam həyatdan gedib. Atam özünü narahat hiss edib, ürəyi bulanıb. Evə dönmək istədiyini bildirib. Ona anamın ölümü haqqında məlumat verilib. Atam başını tutub qışqırıb:
"Mən axı ondan əvvəl ölmək istəyirdim!". Bundan sonra o, nə qışqırıb, nə də danışıb. Biz onu xəstəxanaya apardıq. Lakin onu heç nə xilas edə bilməzdi. Bir neçə saatdan sonra atam vəfat edib. Atam ona görə vəfat edib ki, onun ürəyi parçalanıb".
İrna və onun qardaşı Dori eyni zamanda ata və anasını itirib. "Bu çox kədərlidir,- Orna deyir.- Amma mən gördüm ki, atam anamın ölümünü eşidəndə hansı dözülməz ağrını keçirib. O, gözlərini yumanda, mən anladım ki, atam rahatlıq tapıb".
Ailə cütlüyünün sevgi tarixcəsi İsrailin tarixi ilə bağlıdır. Əslən Təl-Əvivdən olan David gənclik illərində "Palmax" yəhudi hərbi təşkilatının döyüşçüsü, sonradan hərbi təyyarəçi olub.
Xana 3 yaşından Polşadan köçüb. Herslidə məktəbdə oxuyub, sonra Hayfada tibb bacıları kursuna gedib.
Gənclər 1948-ci ildə Müstəqillik uğrunda müharibə zamanı tanış olub, hər ikisi orduya çağırılıb. Onlar Xananın valideynlərinin evində Rananada toy ediblər. Qonaqlara qazlı su və buterbrod verilib.
1967-ci ilədək cütlük Təl-Əvivdə yaşayıb, daha sonra Qivataimə köçüb.
Mən "Xebra Kadişah" təşkilatına gəlib valideynlərimin dəfni ilə əlaqədar danışmaq istəyəndə, ölüm tarixinə baxıb dedilər:
"Ata və ananız eyni gündə vəfat edib. Onlar qəzaya uğrayıb?",- Dori danışır.- Mən cavab verdim ki, bu, qanunauyğun bir nəticədir. Atamla anam 70 il qəlb bir olub və heç vaxt bir-birilə mübahisə etməyib. Onlar yerdəki ömürlərini birlikdə bitirməyə ümid edib. Belə də olub". /moderator.az/
AZİNFORM.AZ