Qlobal iqlim dəyişikliyi və insanların təbiətə verdiyi təxribatlar canlıları sürətlə məhv etməyə davam edir.
AZİNFORM.AZ xəbər verir ki, nəsli kəsilməkdə olan qırmızı canavarın görüntüsü qeydə alınıb. Dünyada cəmi 8 ədəd qaldığı təxmin edilən qırmızı canavarla qarşılaşmaq çox nadir hadisə hesab olunur. Meşədə rast gəlinən və qeydə alınan qırmızı canavar növün nəsli kəsilməmişdən əvvəlki son şəkli ola bilər. Nəsli kəsilmək təhlükəsi ilə üzləşən növ yaxın gələcəkdə yer üzündən tamamilə silinə bilər. Çox güman ki, gələcək nəsillərin yalnız fotoşəkillərdə gördüyü bir növ olacaq.
Təbiətdə heyrətamiz heyvanlar çoxdur . Bu canlıların bəziləri var ki, həm xüsusiyyətləri, həm də görünüşü ilə insanları valeh edir.
Məlumdur ki, həmin heyvanlardan biri də qırmızı canavardır. Qırmızı rəngi ilə özünəməxsus görünüşü olan bu canavar növü ilə bağlı son xəbərlər təbiətsevərləri pərişan edib.


AZİNFORM.AZ
Facebook
Вконтакте
Одноклассники
Google+