Qan qruplarına görə xarakter analizi - Necə birisiniz?
2-06-2023, 10:42

İnsanlar öz gələcək ömür yollarını ulduzlara, əllərindəki xətlərə ( xiromantiya) doğum tarixlərinə əsasən müxtəlif qoroskoplarla təyin etməyə çalışırlar. Lakin bir çoxları qan qrupunun insanın xarakterində mühüm rol oynadığına, xarakterində öz növbəsində taleyimizə təsirinə inanırlar.  
AZİNFORM.AZ xəbər verir ki, araşdırmalar nəticəsində qan qruplarının xarakter xüsusiyyətləri müəyyən olub.
Yaponiyada artıq uzun illərdir qan qruplarına görə xarakter təyin edilməsinə inanırlar və bunu ciddi elm kimi qəbul edirlər.Hətta, bu ölkədə işə qəbul zamanı qan qruplarına görə seçim edilir. 

AZİNFORM.AZ qan qrupunun hansı xüsusiyyətləri əks etdirməsi barədə maraqlı məlumatları təqdim edir:


I qrup (0) - Bu insanlarda özünə inam, qətiyyət, dözümlülük və intuisiya kimi xüsusiyyətlər mövcuddur. Lakin onların eqoist və qərarsız olduğu da güman edilir. Xüsusilə, II qrup-dan (A) olan insanlara eqoist görünürlər.

II qrup (A) - Bu insanlar yaradıcılıq zəka və əməkdaşlıq kimi müsbət xüsusiyyətlərə məxsusudur. Mənfi xüsusiyyətləri isə inadkarlıq və əsəbilikləridir.

III qrup (B) - Bu qan qrupundan olan insanlar güclü, ehtiraslı, empatik və qətiyyətli görünürlər. Eyni zamanda, eqoist və nizamsız davranışlara da sahibdirlər. Bu qrup insanların A qrupu ilə ziddiyət təşkil etdiyi söylənilir.

IV qrup (AB) – Müsbət tərəflərinə rasionallıq və uyğunlaşma qabiliyyətləri daxildir. Lakin qərarsızlıq, tənqidilik və unutqanlıq kimi zəif xüsusiyyətləri də var. Bu qan qrupundan olan insanlar həm A, həm də B qrupundan olan fərdlərin xüsusiyyətlərinə malikdir.


Qan qruplarının xəstəlik riskləri:


0 tipli fərdlərdə xora, ağcaqanad allergiyası və Axilles vətərinin zədələnmələri daha çox olur.

A tipli fərdlərin mədə xərçəngi və ürək xəstəliyi riskinin artması aşkar edilib.

B tipli insanlarda ürək xəstəliyi və yumurtalıq xərçəngi riski daha çoxdur.

AB tipli fərdlərdə ürək xəstəliyinin və hamilə qadınlarda preeklampsi (yüksək təzyiq və sidikdə zülal aşkarlanması) riski çoxdur.




up