Nazəninin yeni mahnısı haqda: “Lənkəranın gözəlliyindən, igidlərindən bəhs edir”
11-08-2022, 21:43

“Nazənin xanımın ifasındakı “Xan Lənkəran” mahnısının musiqisi və sözləri Elnur Valehə məxsusdur. Əvvəl bu mahnını başqa biri ifa eləmişdi. Mahnı 5 ilə yaxındır ki, başqa müğənninin repertuarında olmasına baxmayaraq, məhz Nazənin xanımın ifası ilə tamaşaçılar tərəfindən sevildi”.

Bu sözləri AZİNFORM.AZ-a müğənni Nazənin Salayevanın prodüseri Pərviz Fəqan deyib.

Prodüser yeni mahnı haqqında ətraflı danışıb:

“Bu səbəbdən də mahnının bəstəkarı onun bütün hüquqlarını Nazənin xanıma tanıdı. Müğənni bu mahnının məşhur olacağını düşünürdü. Çünki onun ifasında bütün mahnılar sevilib. Bu vaxta qədər onun ifasında sevilməyən bir mahnımız olmayıb.

Lənkəranın gözəlliyindən, oranın igidlərindən bəhs edən mahnıya hələki klip çəkilməyib. Bu, sentyabrın əvvəllərində baş tutacaq”.





up