Samir Piriyevin ailəsində AĞIR İTKİ
17-05-2023, 23:16

Müğənni Samir Piriyevin ailəsində ağır itki üz verib.

AZİNFORM.AZ xəbər verir ki, sənətçinin qayınanası Gülğəz Fətəliyeva dünyasını dəyişib. O, bu gün günorta saatlarında vəfat edib. Mərhumun ölümünə səbəb ürəktutması olub.

Qeyd edək ki, S.Piriyevin həyat yoldaşı Anara da bir vaxtlar televiziyada çalışıb. O, eyni zamanda Samirin bir neçə klipinin rejissoru olub. 





up