Aygün Kazımovadan yeni ifa - VİDEO
12-05-2023, 21:08

Xalq artisti Aygün Kazımova "Dəyməzmiş" adlı yeni mahnısını təqdim edib.

AZİNFORM.AZ axşam.az-a istinadən xəbər verir ki, Pop diva bu dəfə də son hiti "Qorxuram"ı hazırlayan komanda ilə çalışıb. Bəstənin söz və musiqisi Zamiq Əliyevə məxsusdur.

Kazımova mahnı üçün ağ-qara tərzdə video çarx da hazırladıb. Videonu gürcü videoqraf Caba Axoişvili lentə alıb.





up