Xalq artisti Aygün Kazımova illər əvvəl oxuduğu “Səsimdir” mahnısını yenidən təqdim edib.
AZİNFORM.AZ xəbər verir ki, bəstənin musiqisi Nadir Əzimov, sözləri Cavid Qurbanova məxsusdur.
Pop diva bir müddət əvvəl sözügedən mahnını instaqram hesabında yayımlayıb. İzləyicilərinin istəyi ilə Kazımova bəstəni yenidən təqdim edib.
Ölkənin əsas ulduzu bunun üçün obyektiv qarşısına da keçib.
Layihənin ən çox diqqət çəkən məqamı Kazımovanın yeni görünüşü olub. Xalq artisti qızılı aksessuar və makyajla fərqli imic yaradaraq bu dəfə də bütün diqqətləri üzərinə çəkməyi bacarıb. Onun tərzi üzərində stilist Ruxa çalışıb.
Mahnı pop ulduzun yutub kanalına yerləşdirilib. /baku.ws/