Məşhur aktrisa Azərbaycan Qran-prisindən görüntülər PAYLAŞDI - VİDEO
30-04-2023, 20:56

Bakıda səfərdə olan Türkiyənin məşhur aktrisası Neslihan Atagül Doğulu "Formula 1" Azərbaycan Qran-prisindən görüntülər paylaşıb.

O bu barədə sosial şəbəkə hesabında videolar dərc edib.

Türkiyəli aktrisa həyat yoldaşı Kadir Doğulu ilə paytaxtıda da bir sıra fotolar çəkdirib.

Qeyd edək ki, cütlük 7 ildir evlidir.

Xatırladaq ki, bir neçə gün əvvəl Kadirin başqa xanımla səmimi görüntüləri yayılıb, həmçinin onun Neslihana digər bir qadınla da xəyanət etdiyi söylənilib. Bu söz-söhbətlərdən sonra Atagülün Doğuludan ayrılacağı düşünülürdü. Hətta Neslihanın anasının da qızının Kadirdən ayrılacağını dediyi iddia olunmuşdu.




up