Qızıl kəskin bahalaşdı - SƏBƏB
22-07-2022, 14:16

Dünya bazarlarında qızılın bir unsiyasının qiyməti 1 710 ABŞ dollarını ötüb. Birjalar ABŞ Federal Ehtiyatlar Sisteminin (FES) gələn həftə keçiriləcək iclasını gözləyirlər.

AZINFORM.AZ xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın avqust fyuçersləri 0,05 % və ya 0,8 ABŞ dolları bahalaşaraq 1 unsiyası 1 714,2 ABŞ dollarına satılıb. Gümüşün sentyabr fyuçerslərinin qiyməti isə 0,18 % artaraq 1 unsiyası 18,685 ABŞ dolları təşkil edib.

ABŞ dollarının indeksi 0,4 % düşərək 107 bəndə enib. Ucuz ABŞ dolları xammal materiallarını, o cümlədən qızılı başqa valyutalarla alış üçün əlçatan edir.

Gələn həftə FES-in növbəti iclası keçiriləcək. Analitiklər hesab edirlər ki, iclasda uçot dərəcəsi 75 baza bəndi səviyyəsində artrılaraq 2,25-2,5 %-ə çatdırılacaq. //report





up