Benzin yenə bahalaşacaq? - AÇIQLAMA
7-09-2023, 21:49

Sosial şəbəkələrdə oktyabrda Azərbaycanda benzinin bahalaşacağı ilə bağlı iddialar dolaşır. Məlumatlara görə, Aİ-92 markalı benzinin 1 litrinin qiyməti 1,50, Aİ-95-in isə 2,50 AZN olacaq.

Mövzuya münasibət bildirən iqtisadçı ekspert Natiq Cəfərli Bakupost.az -a deyib ki, hazırki vəziyyətdə yanacağın qiymətinin qalxması məsələsi real görünmür:

"Hökumət bu addımı atmaz. Çünki benzin və dizel yanacağının qiymətinin növbəti dəfə qalxması çox böyük problemlərə səbəb ola bilər. Ölkədə onsuz da kifayət qədər ciddi inflyasiya göstəriciləri, qiymət artımı var. Yanacaq qiymətin, maya dəyərinin formalaşmasında çox böyük rol oynayır. Belə bir addımın atılması inflyasiya və qiymət artımını sürətləndirə bilər. Nəticədə ciddi narazılıqlar vüsət alar. Digər tərəfdən axı dünyada neftin qiyməti bahalaşmayıb. Nə adla qiyməti artıracaqlar?".





up