Türkiyədə benzin KƏSKİN BAHALAŞDI
16-07-2023, 21:22

Prezident Rəcəb Tayyib Ərdoğanın imzası ilə Rəsmi Qəzetdə dərc olunan qərara əsasən, yanacaqdakı Xüsusi İstehlak Vergisi (ÖTV) məbləğləri artırılıb.

AZİNFORM.AZ xəbər verir ki, ÖTV qərarlarının ardından benzin və dizel qrupu bu gündən etibarən qüvvədə olan 6 TL artdı. 

Yanacağa aid Xüsusi İstehlak Vergisindəki (ÖTV) artım Prezident Rəcəb Tayyib Ərdoğanın imzası ilə Rəsmi Qəzetdə dərc edildikdən sonra qüvvəyə minib.

Qərara əsasən, qurğuşunsuz benzinin litri üçün alınan ÖTV məbləği 2,52 lirədən 7,52 lirəyə, dizel yanacağının litri üçün alınan ÖTV məbləği isə 2,05 lirədən 7,05 lirəyə yüksəlib. Avtomobil qazından isə 5,77 lirə ÖTV alınacaq.

İstanbulda benzinin litri 28 manatdan 34 manata, dizelin litri isə 26 manatdan 32 manata yüksəlib. Bu gündən etibarən avtoqaz qrupunda 2,80 TL ÖTV artımı edildi.

YANACAQ QİYMƏTLƏRİ

İstanbul Anadolu Yakası

Benzin qiyməti: 27,97 AZN
Dizel qiyməti: 26,31 AZN

İstanbul Avropa Yakası

Benzin qiyməti: 28,01 AZN
Dizel qiyməti: 26,36 AZN 

Ankara

Benzin qiyməti: 28,53 AZN
Dizel qiyməti: 26,87 AZN

İzmir

Benzin qiyməti: 28,54 AZN
Dizel qiyməti: 26,98 AZN





up