Metroda gediş haqqı artacaq? - AÇIQLAMA
27-10-2022, 11:05

Bakı metrosunda bu il və gələn il qiymət artımı olmayacaq.

AZİNFORM.AZ xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin sədr müavini Hidayət Məmmədov deyib.

"Metropoliten tərəfindən bununla bağlı Tarif Şurasına heç bir müraciət olunmayıb və müraciət olunması gözlənilmir", - deyə H. Məmmədov qeyd edib.





up