Tofiq Musayevdən möhtəşəm qələbə: 24 saniyəyə nokaut - VİDEO
23-07-2022, 14:04

Azərbaycanlı MMA döyüşçüsü Tofiq Musayev dünyanın ən məşhur turnirlərindən biri olan "Bellator”da döyüşə çıxıb.

Qaynarinfo xəbər verir ki, Vaşinqtonda rinqə çıxan idmançımızın rəqibi amerikalı məşhur döyüşçü Sidney Outlav olub.

Tofiq Musayev elə ilk raundda rəqibini nokauta göndərməyi bacarıb. Görüş cəmi 27 saniyə çəkib.





up