Nəriman Abbasov daha bir döyüşünü vaxtından əvvəl qələbə ilə başa vurub - VIDEO
11-06-2022, 18:32

Azərbaycanın MMA döyüşçüsü Nəriman Abbasov Rusiyanın paytaxtı Moskvadakı "AMC Fight Nights"da yerli idmançı Marif Pirayevlə üz-üzə gəlib.

AZİNFORM.AZ-a məlumatına görə, döyüş Abbasovun qələbəsi ilə yekunlaşıb.

İlk 2 raundda aşkar üstünlüyə malik olan 28 yaşlı döyüşçü Pirayevə ardıcıl zərbələr endirib. Bu səbəbdən, rusiyalı idmançının məşqçiləri üçüncü raundu davam etdirmək istəməyib.

Beləliklə, Abbasov çempionluq kəmərini növbəti dəfə müdafiə edib.

AZİNFORM.AZ





up