Tanınmış diktor voleybol oyunu zamanı VƏFAT ETDİ
26-10-2023, 21:10

Tanınmış diktor Ramiz Qafarov vəfat edib.

AZİNFORM.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, o, bu gün axşam saatlarında ürəktutmasından dünyasını dəyişib.

Məlumata görə, onun "Spartak" - "Xarı bülbül" voleybol matçında halı pisləşib və R.Qafarovun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Ramiz Qafarov həm də, "Qarabağ"ın ev oyunlarında stadionun diktoru idi.





up