DİGƏR XƏBƏRLƏR
Açılış turu çərçivəsində "Kəpəz"in doğma meydanda "Neftçi"ni qəbul etdiyi oyunda insident yaşanıb.
AZİNFORM.AZ xəbər verir ki, qarşılaşmanın gedişində "Kəpəz"in məşqçisi polis şöbəsinə aparılıb.
Belə ki, akademiyada məşqçi kimi çalışan Rövşən Əhmədov polislərin əmrinə məhəl qoymayıb.
Əhmədova qadağan olummuş tribunaya qalxmağa icazə olmadığı haqda məlumat verilsə də, o, buna məhəl qoymayıb.
Spirtli içkinin təsiri altında "poqonlular"la qalmaqal yaşayan məşqçi şöbəyə aparılıb.
Rövşən Əhmədov hazırda şöbədədir. /sportinfo.az/