“Bu dönəmdə ağıllı olub, ayaqüstə qalmalıyıq” — Qurban Qurbanov
19-01-2023, 00:00

“Hər komandada müəyyən müddət sıxıntılar, çatışmazlıqlar olur. Həmin dönəmlərdə ayaqüstə qalmağa çalışmalıyıq. İndi də sanki o anları yaşayırıq. Həm zədələr, həm də Kadinin getməsi... Problemlər var. Bu dönəmdə düzgün və ağıllı olub, ayaqüstə qalmalıyıq”.

AZİNFORM.AZ xəbər vberir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Təcrübəli mütəxəssis kluba yeni futbolçu transfer etmək niyyətində olduqlarını da bildirib.

O, qapıçı Şahruddin Məhəmmədəliyevin və müdafiəçi Abbas Hüseynovun zədələnməsindən sonra transfer bazarında ciddi axtarışlar apardıqlarını deyib: “Ciddi axtarışlar gedir. Sanki fikrimizi başqa yerə yönəltmişdik, indi başqa yerə. Birdən belə ciddi itkilərə hazır deyildik. Çalışacağıq, azından transfer dönəmi bağlanana qədər nəsə edək. Hələ ki, əlimizdəki oyunçularla davam edirik”.

Mütəxəssis yarımmüdafiəçi Qaspar Panaderonun əvəzedici komandaya göndərilməsinə də toxunub. O, futbolçunun əsas komandaya qayıtmayacağını bildirib: “Qasparın klubla müqaviləsi var. Lazım olanı edəcəyik. Əsas komandada olmayacaq. Bunu özünə bildirmişik. İstəyən olsa, onu təmənnasız göndərməyə razıyıq”. /qafqaz,info/





up