Övladı məktəbə gedən valideynlərin NƏZƏRİNƏ
5-06-2023, 14:20

Növbəti tədris ilində yeni məktəbli formasının tətbiqi məcburi olacaq. Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev 2022-2023-cü tədris ilinin yekunları, növbəti tədris ili üzrə gözləntilər və digər məsələlərlə bağlı media nümayəndələri ilə keçirilən görüşdə deyib.

AZİNFORM.AZ-ın məlumatına görə, artıq sentyabrda bütün məktəblərdə bu qaydaların tətbiqinə başlanılacaq.

Elnur Əliyev bildirib ki, ötən il valideynlər artıq uşaqlarına forma aldıqları üçün məcbur edilməmişdi:

O qeyd edib ki, növbəti tədris ilindən milyondan artıq şagird məktəbli forması ilə dərsə gedəcək:

"Məktəblərin artıq böyük hissəsi artıq forma seçimi edib. Konkret saylar tədris ilinin soununda açıqlanacaq. Qərarda açıq-aydın qeyd olunub ki, formalarla bağlı yekun qərarı məktəblərin pedoqoji şuraları verməlidir. Məktəblər özlüyündə kifayət qədər müstəqil qurumdur. Sadəcə biz tövsiyə edirik ki, məktəblilərin formada dərsə gəlməsi daha müvafiqdir".






up