Təhsil Nazirliyi vacib məlumat yayıb
16-06-2022, 23:28

Bir müddət öncə 2022-2023-cü tədris ilində məktəbəqədər təhsil müəssisələrinə qeydiyyatın elektron formada təşkil olunacağı deyilmişdi. Nəzərinizə çatdıraq ki, məktəbəqədər hazlırlıq qrupları həm özəl tədris müəsisələrində, həm bağçalarda, həm də məktəblərdə mövcuddur. Zaman-zaman məktəbdənkənar hazırlıq qruplarında təhsil alan uşaqların daha sonra məktəbin birinci sinifinə qəbulunda müəyyən çətinliklərlə qarşılaşmasının şahidi oluruq. Burada problemlər müxtəlif səbəblərdən yaranır. Gah məktəbin birinci siniflər üçün ayırdığı plan yerlər dolur, gah da vətəndaşların qeydiyyatı ilə məktəbin tələblərinin üst-üstə düşmür...

Bəs görəsən yeni tətbiq edilmiş elektron qaydada aparılacaq qəbul prosesi hansı üstünlüklər vəd edir? Qəbul zamanı maneələrlə üzləşən valideynlər nə etməlidir?

AZİNFORM.AZ xəbər verir ki, məsələ ilə bağlı hafta.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi söylədi ki,  bağçalarda və məktəbəqədərdə hazırlıq əvvəllər Təhsil Nazirliyinin tabeliyində deyildi. Ancaq indi nazirlik özü bu məsələyə nəzarət edir:

“Bundan sonra prosesin idarə olunması elektron qaydada həyata keçiriləcək. Fərqi yoxdur ki, uşaq məktəbin balansındakı məktəbəqədər hazırlıq kursu keçib, yaxud da bağçada müvafiq təhsil alıb. Şagirdin yaşı qəbul üçün yetərlidirsə, müraciət əsasında öz yaşadığı yer üzrə qeydiyyatdan keçə bilər. Bura qədər, birinci sinifə qəbul elektron qaydada aparılırdı, artıq məktəbəqədərdə də eyni üsul tətbiq ediləcək”. 
Ekspertin sözlərinə görə, məktəbəqədər hazırlıq qruplarında fəaliyyət göstərəcək müəllimlər də imtahan verəcəklər:

“Doğrudur, əvvəllər istər məktəbəqədər hazıqlıq qrupları, istərsə də məktəblər şagirdlərin qəbuluna müəyyən maneələr yaradırdılar. Artıq elektron qaydada qəbul başladıqdan sonra belə çətinliklər aradan qalıdırılacaq. Həmçinin, məktəbəqədər hazırlıq qruplarında çalışan müəllim heyəti də imtahan verməli olacaqlar, eynilə bağça və məktəblərdə çalışan müəllimlər kimi”.

Elçin Əfəndi, indiyə kimi məktəbəqədər hazırlıq qruplarəına qəbulda valideynlərin üzləşdiyi problemlərdən də söz açdı:

“Çatışmazlıqlara gəldikdə isə, biz burada əsasən vətəndaşlardan daha məsuliyyətli olmağı xahiş edirik. Onlar neqativ hallarla qarşılaşdıqda yaxşı olardı ki, təhsil nazirliyinin qaynar xəttinə məlumat versinlər. Lakin onu deyim ki, qeydiyyatda insan amilinin aşağı olması və prosesin onlayn qaydada aparılması çətinlikləri bir xeyli aradan qaldıracaq. Elektron qaydada qeydiyyatdan keçən vətəndaşlar ərazi üzrə təhsil müəsisəsini seçirlər. Əgər onların seçimlərinə etiraz edilirsə, bunun müəyyən səbəbləri olur. Rədd cavabına ilkin səbəb qeydiyyat məsələsi ola bilər. Bu zaman komunalla bağlı abunə kodu və sair təqdim etməklə anlaşılmazlıqları aradan qaldırmaq olur. Qəbul bitdikdən sonra müraciət etmək isə artıq valideynlərin məsuliyətsizliyidir. Bəzən olur ki, bizə qəbulla bağlı şifahi müraciətlər edilsin. O zaman da elektron qaydada dolan yerlərə şagird qəbulu etmək mümkün olmur”.

Qeyd edək ki, İyunun 1-dən qəbulun elektronlaşdırılması üzrə işlər çərçivəsində məktəbəqədər müəssisələrdə təhsil alan uşaqların məlumatlarının elektron sistemdə toplanılmasına artıq başlanılıb. Məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu sistemində qeydiyyat üçün uşağın şəxsiyyət vəsiqəsi tələb olunacaq. Bu baxımdan valideynlərə qeydiyyat prosesi başlayanadək uşaqları üçün şəxsiyyət vəsiqəsi əldə etmələri tövsiyə edilir.





up