Moda nümayişinə yorğan-döşəkdə gəldi - VİDEO
8-03-2023, 22:23

Paris Moda Həftəsi təəccübləndirməyə davam edir.

AZİNFORM.AZ xəbər verir ki, bu dəfə diqqətçəkən sima məşhur estoniyalı reper Tommi Kəş olub. Belə ki, o, moda nümayişini izləməyə pijamaları ilə yorğan-döşəkdə gəlib.

Sənətçi üzünə baxım maskası vurmağı da unutmayıb.

Tommi həmin anları instaqram hesabında izləyicilərlə bölüşərək, “Üzr istəyirəm, gec yatmışam”, - deyə, bildirib. /olay.az/






up