Azərbaycanda avtomobil benzini istehsalı ARTIB
4-01-2023, 16:12

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda avtomobil benzini istehsalı 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,8 % artıb.

Bu barədə AZİNFORM.AZ-a Dövlət Statistik Komitəsindən bildirilib.

İllik müqayisədə ölkədə yanacaq mazutunun istehsalında 30 % artım, neft bitumu istehsalında 5,8 %, dizel yanacağının istehsalında 17,1 %, neft koksunun istehsalında 20,2 %, sürtü yağlarının istehsalında 26,6 %, neft-kimya sənayesidə istifadə üçü benzin istehsalında 27,9 % azalma olub.

Qeyd edək ki, hesabat dövründə ölkədə ümumilikdə neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 3 693,5 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,3 % azalıb.





up