Azərbaycanda qadınlar kişilərdən daha çox YAŞAYIR
28-09-2022, 13:46

Azərbaycanda orta ömür uzunluğu açıqlanıb.

AZİNFORM.AZ Dövlət Statistika Komitəsinin (DSK) açıqladığı rəsmi rəqəmlərə əsasən xəbər verir ki, ötən il kişilərdə orta ömür uzunluğu 71.3, qadınlarda 75.9 olub.

Rəsmi göstəricilərə görə, ölkədə 15 yaşlı kişilər daha 57.2, 20 yaşlı kişilər 52.4, 25 yaşlı kişilər 47.7, 30 yaşlı kişilər 43 il yaşayır.

Azərbaycandakı 15 yaşlı qadınlar daha 61.7 yaş, 20 yaşlı qadınlar 56.8 yaş, 25 yaşlı qadınlar 51.9 yaş, 30 yaşlı qadınlar isə 47 il ömür sürürlər.





up