Türkiyədə 5 bal gücündə zəlzələ oldu
17-09-2022, 09:00

Türkiyədə zəlzələ olub.

AZİNFORM.AZ xəbər verir ki,  bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb. 

Məlumata görə, 4.9 bal gücündə zəlzələ Ərzurum vilayətinin Çat qəsəbəsində baş verib. 

Zəlzələ 6.9 dərinlikdə qeydə alınıb. Titrəyişlər Bingöl şəhərində də hiss olunub.

Şəhər valilərinin açıqlamasına görə, hadisə zamanı ölən və ya yaralanan olmayıb.





up