Metro qatarında nasazlıq: sərnişinlər düşürüldü
6-09-2022, 20:50

"Həzi Aslanov-Dərnəgül" marşrutu üzrə hərəkət edən qatarda yaranan texniki nasazlıq səbəbilə sərnişinlər "Nizami" stansiyasında düşürülüb.

 

Bu barədə AZİNFORM.AZ-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.


B.Məmmədovun sözlərinə görə, qatar texniki baxış üçün depoya göndərilib. Əvəzinə ehtiyat qatar xəttə verilib.

 

Yubanma intervaldan əlavə 2 dəqiqə olub.





up