Türkiyədə turist avtobusu qəzaya uğradı – Ölənlər və xəsarət alanlar var
28-08-2022, 11:56

Türkiyənin Bursa şəhərində turist avtobusu qəzaya uğrayıb.

AZİNFORM.AZ xəbər verir ki, Kütahya şəhərindən yola çıxan 47 turistin olduğu avtobus Bursanın İnegöl rayonu ərazisində dərəyə aşıb.

Qəza nəticəsində 2 nəfər ölüb, 28 nəfər xəsarət alıb. Yaralılar arasında vəziyyəti ağır olanların olduğu bildirilib.

Hadisə yerinə çox sayda təcili tibbi briqada, polis əməkdaşı və xilasetmə qrupu cəlb olunub.





up