DİGƏR XƏBƏRLƏR
Türkiyədə mikroavtobus qəzaya uğrayıb.
AZİNFORM.AZ xəbər verir ki, Bayram tətili üçün getdikləri Qara dəniz səyahətindən qayıdan insanların olduğu mikroavtobus Tunceli-Ərzincan yolunda qəzaya düşüb.
Sürücünün sükan idarəetməsini itirməsi nəticəsində mikroavtobus dərəyə aşıb.
Qəza nəticəsində 3-ü ağır olmaqla 19 nəfər yaralanıb.
Hadisə yerinə çoxlu sayda polis və həkim qrupları cəlb olunub.
Yaralılar Tunceli Dövlət Xəstəxanasına çatdırılıb.