DİGƏR XƏBƏRLƏR
Lənkəranda şəxsin özünü asaraq intihar etməsi faktı ilə bağlı cinayət işi başlanıb.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən AZİNFORM.AZ-ın sorğusuna cavab olaraq bildirilib.
"Avqustun 21-də Lənkəran şəhər sakini, 1989-cu il təvəllüdlü Müşfiq Bağırovun tikilməkdə olan evinin ikinci mərtəbəsində tavandan özünü asaraq intihar etməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb", - deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, M.Bağırov Lənkəranda tanınmış stomatoloq olub.