Lənkəranda həkim intihar edib
21-08-2022, 20:40

Lənkəranda tanınmış stomatoloq intihar edib.

AZİNFORM.AZ-ın xəbərinə görə, hadisə şəhərin Raypo adlanan ərazisində baş verib.

1986-cı il təvəllüdlü Müşfiq Zaman oğlu Bağırov yarımçıq tikilidə özünü asaraq intihar edib. Lənkəran rayon prokurorluğunun əməkdaşları hadisə yerinə baxış keçiriblər. Meyit müayinə olunması üçün aidiyyatı üzrə təhvil verilib. Ölümün səbəbləri araşdırılır. /apa/

Faktla bağlı araşdırmalar davam edir.





up