DİGƏR XƏBƏRLƏR
Türkiyənin Rizə bölgəsində Güneysu rayonunda turistləri daşıyan tur avtobusu divara dəydikdən sonra aşaraq metrlərlə sürüklənib.
AZİNFORM.AZ xəbər verir ki, 24 nəfər yaralanıb, 3-nün vəziyyəti ağırdır.
Qəza axşam saatlarında Asmalıırmak kəndində baş verib.
Nəqliyyat vasitəsi geri dönərkən sürücünün idarəetməsindən çıxaraq istinad divarına çırpılıb.
Qəzada yaralananların 4-ü uşaq olmaqla 23 nəfərin Səudiyyə Ərəbistanı vətəndaşı olduğu bildirilib.
Qəza ilə bağlı araşdırmalara başlanılıb.