Saatlıda 2 nəfər çayda BOĞULDU
19-08-2022, 20:37

Saatlıda 2 nəfər Araz çayında boğulub.

AZİNFORM.AZ apa-ya istinadən xəbər verir ki, hadisə Araz çayında baş verib.

Çayda balıq tutan 2 nəfər suda boğulub. Hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə xidmətinin əməkdaşları cəlb olunub.

Hadisənin təfərrüatları və boğulanların şəxsiyyyəti müəyyənləşdirilir. Faktla bağlı araşdırma aparılır.





up