Batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas edildi - FHN
1-08-2022, 22:58

Batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas olunub.

AZİNFORM.AZ xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən "Corat" və “Bilgəh” sularda xilasetmə məntəqələrindən kənarda (qeyri-çimərlik ərazi) və "Zaqulba 3" sularda xilasetmə məntəqəsinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas edilib.





up