Salyanda ölümlə nəticələnən YOL QƏZASI
5-08-2022, 17:52

Salyanda avtomobil aşıb.

AZİNFORM.AZ xəbər verir ki, hadisə Ələt-Astara magistralının Salyan rayonu ərazisindən keçən hissəsində baş verib.

“Mitsubishi Pajero” markalı avtombil idarəetməni itirərək aşıb. Qəza nəticəsində 1 nəfər qadın hadisə yerində ölüb, iki nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.





up