Goranboy rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Bakı-Qazax magistralının rayonun Dəlməmmədli şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan "Toyota Prius"un sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq yol kənarındakı arakəsməyə çırpılıb. Qəza zamanı sürücü – 1996-cı il təvəllüdlü Hüseynli Toğrul və sərnişin 1990-cı il təvəllüdlü Musayev Nail xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır. /apa/
AZİNFORM.AZ