Oğuzda 3 avtomobil toqquşub, xəsarət alanlar var
4-06-2022, 17:57

Oğuz rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

AZİNFORM.AZ-ın məlumatına görə, hadisə bu gün axşam saatlarında İsmayıllı-Qaraməryəm-Şəki avtomobil yolunun rayonun Bayan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mercedes Vito" markalı mikroavtobusla "Toyota Prius" və "Opel" markalı minik avtomobilləri toqquşub.

Qəza zamanı 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.





up