Ağır YOL QƏZASI: Ölən və yaralananlar var
1-08-2022, 13:16

Bakı-Quba yolunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

AZİNFORM.AZ-ın məlumatına görə, hadisə Bakı-Quba yolunun 115-ci kilometrliyində qeydə alınıb.

İlkin məlumata görə, “Hyundai Santa Fe” markalı nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb. Qəza nəticəsində avtomobildə olan 2 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb.

Xəsarət alan sərnişinlər təcili olaraq yaxınlıqdakı xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.





up