Ana və iki uşağı bədbəxt hadisə nəticəsində ölüb
14-06-2022, 01:07

Rusiyanın Nijni Novqorod vilayətində qadın və iki uşağı avtomobil qəzası nəticəsində ölüb.

Rusiya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu gün saat 12.55 radələrində Urenski rayonunda Nijni Novqorod-Şaxunya-Kirov avtomobil yolunda “Hyundai Solaris” və “Hyundai Santa Fe” markalı avtomobillər toqquşub.

Nəticədə bir ailə - “Hyundai Solaris”i idarə edən qadın və onun üç və on yaşlı iki uşağı qəza nəticəsində dünyalarını dəyişiblər.

Digər avtomobilin sürücüsü və iki sərnişini xəsarətlə xəstəxanaya yerləşdirilib.

Hadisənin baş vermə şəraiti müəyyən edilir.

AZİNFORM.AZ 





up