Göygöldə maşın aşdı: Yaralananlar var
19-05-2022, 22:00

Göygöldə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Üçtəpə kəndində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes" minik avtomobilinin sürücüsü idarəetməni itirib.

Nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Qəza zamanı 2003-cü il təvəllüdlü Qurbanov Rasim və daha bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin kafi olduğu bildirilir. /apa/

Faktla bağlı araşdırma aparılır.


AZİNFORM.AZ





up